Əlaqə Arxiv
news Image
2020.06.24
15:34
| A A A
"Çinə getməyə hazır deyiləm" - Xames Rodriges

“Real"ın yarımmüdafiəçisi Xames Rodriges gələcək karyerası barədə danışıb.

Goal.az xəbər verir ki, kolumbiyalı futbolçu Çindən təklif aldığını etiraf edib:

"Gələcəkdə nə olacağını bilmirəm. Ancaq mənə seçim verilsə, bacarıqlarımı göstərə biləcəyim bir kluba üstünlük verirəm. Niyə oynamıram? Yaxşı sualdı, cavabını bilmək istərdim. Klubda davamlı çıxış edən oyunçular olarsa, bu vəziyyəti dəyişdirmək çətindir. Baş məşqçinin sizə az vaxt verməsi xoşagəlməz haldır. Çünki bir neçə dəqiqəyə heç nə göstərə bilmirsiniz. İtaliyadan təklifim var idi, ancaq qəbul etmədim. Mənim üçün uyğun olmadığını hiss etdim. Bu yaxınlarda Menecerim Xorxe Mendes Çindən təklif aldıqlarını bildirdi. Şərtlərdən asılı olmayaraq ora getməyəcəyimi söylədim. Çinə getməyə hazır deyiləm, hələ Avropa futbolunda çox şey edə biləcəyimi hiss edirəm”.

Qeyd edək ki, Xamesin "Real"la müqaviləsi 30 iyun 2021-ci ilə qədər qüvvədədir. Futbolçunun transfer dəyəri 32 milyon avro qiymətləndirilir. Bu mövsüm 28 yaşlı yarımmüdafiəçi İspaniya çempionatında 8 oyunda iştirak edib və 1 qol vurub. (Matc)

Sizin Reklam Yeriniz