Əlaqə Arxiv
news Image
2013.07.23
16:20
| A A A
"Barselona"nın yeni baş məşqçisi məlum oldu

Argentinalı mütəxəssis Xerardo Martino İspaniyanın "Barselona" futbol klubunun baş məşqçisi olacaq.


Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, 50 yaşlı məşqçi növbəti iki ildə "Barsa"nın sükanı arxasında olacaq.


Qeyd edək ki, Martino 2007-2011-ci illərdə Paraqvay yığmasındakı işi ilə tanınır. Belə ki, o, yığmanı CAR-da keçirilən mundialda ¼ final mərhələsinə çıxara bilmişdi. Paraqvay həmin mərhələdə ispanlara 0:1 hesabı ilə uduzmuşdu. Bundan başqa, Paraqvay 2011-ci ildə Amerika Kubokunda ikinci yeri tutmuşdu.

Sizin Reklam Yeriniz