Əlaqə Arxiv
news Image
2020.06.25
23:28
| A A A
Liverpool 100-ə çatdı

Liverpool İngiltərə Premyer Liqasının 31-ci turunda Crystal Palace-a 4:0 hesabıyla qalib gəlib.

Goal.az xəbər verir ki, bu oyun “qırmızılar” üçün əlamətdar olub. Belə ki, komanda cari mövsümdə vurduğu qolların sayını 100-ə çatdırıb. Liverpool-un hücumçusu Məhəmməd Salah komandasının oyunda 2-ci, mövsümdə isə 100-cü qolunun müəllifi olub.

Liverpool 3-cü mövsümdür ki, bütün turnirlər daxil olmaqla 100 qol həddini keçir.

31 turdan sonra 86 xal toplayan Liverpool əsas rəqibi Manchester City-ni 23 xal qabaqlayır.

Sizin Reklam Yeriniz