Əlaqə Arxiv
news Image
2020.06.30
22:08
| A A A
İngiltərə klubunun kapitanı bıçaqlandı

İngiltərənin "Derbi Kaunti" klubunun futbolçusu Andre Uizdom bıçaqlanıb.
 
Mövqe.az Goal.az-a istinadən xəbər verir ki, Çempionşip təmsilçisinin kapitanı küçədə maşınından düşərkən bir nəfər tərəfindən bıçaqlı hücuma məruz qalıb.
 
27 yaşlı futbolçunu bıçaqlayan şəxs daha sonra ona aid əşyaları da oğurlayıb. Uizdom dərhal xəstəxanaya aparılıb. Futbolçunun durumu yaxşıdır və bir həftəyə evə buraxılacaq.
 
Qeyd edək ki, peşəkar karyerasına "Liverpul"da başlayan Uizdom, "Vest Bromviç", "Norviç Siti" və "Zalsburq" (Avstriya) klublarında da çıxış edib.

Sizin Reklam Yeriniz