Əlaqə Arxiv
news Image
2020.07.14
09:05
| A A A
Klublarımızın sabiq baş məşqçi və futbolçuları liderləri məyus etdi
Türkiyədə çempionluq uğrunda mübarizə aparan "Başakşehir" və "Trabzonspor" komandaları Superliqanın XXXII turunda məğlubiyyətlə üzləşiblər. "Başakşehir" səfərdə "Konyaspor"a 3:4 hesabı ilə uduzub. "Bakı"nın sabiq baş məşqçisi Bülent Korkmazın hazırda rəhbərlik etdiyi kollektivə qələbə gətirən toplardan ikisini "Səbail"in sabiq futbolçusu Faruk Miya vurub. Miya 20-ci və 45+1-ci dəqiqədə fərqlənib. "Trabzonspor" isə "Neftçi"nin keçmiş futbolçusu Levent Kartopun hazırda baş məşqçi kimi çalışdığı "Denizlispor" önündə aciz qalıb - 1:2. Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin rəhbərlik etdiyi "Kayserispor" komandası evdə "Qaziantep"lə görüşdə iki qırmızı vərəqəyə rəğmən, meydanı heç-heçə ilə tərk etməyi bacarıb - 1:1. Bu qələbələrdən sonra "Denizlispor" 35 xalla 13-cü, "Konyaspor" 33 xalla 14-cü pilləyə yüksəlib. Məğlubiyyətlərə baxmayaraq, "Başakşehir" sona 2 tur qalmış 66 xalla 1-ci, "Trabzonspor" 62 xalla 2-ci pillədə qərarlaşıb. 32 xala malik "Kayserispor" isə sondan əvvəlki - 17-ci yerdə gedir. Növbəti turda "Konyaspor" səfərdə "Trabzonspor"u da udsa, "Başakşehir" öz meydanında "Kayserispor"la görüşün nəticəsindən asılı olmayaraq, tarixində ilk dəfə çempion olacaq.
Sizin Reklam Yeriniz