Əlaqə Arxiv
news Image
2020.07.14
14:30
| A A A
Başından xəsarət alan futbolçu xəstəxanaya aparıldı
İtaliyanın "Atalanta" klubunun futbolçusu Luis Muriel xəstəxanaya yerləşdirilib. "Report" "Sky Sport Italia"ya istinadən xəbər verir ki, 29 yaşlı hücumçu komanda yoldaşları ilə nahar edərkən hovuzun kənarında sürüşüb və başından zədə alıb. Muriel ciddi zədədən qaçsa da A Seriyasının XXXIII turunda evdə "Breşiya" ilə matçı buraxacaq. Qeyd edək ki, Luis Muriel bu mövsüm bütün turnirlərdə "Atalanta" forması ilə 35 oyuna çıxıb və 18 qol vurub.
Sizin Reklam Yeriniz