Əlaqə Arxiv
news Image
2020.07.28
09:54
| A A A
Pele Ronaldu və "Yuventus"dan danışdı
Üçqat dünya çempionu, braziliyalı Pele hücumçu Kriştianu Ronaldu və onun komandası "Yuventusu"u A Seriyasının cari mövsümündə qələbə münasibətilə təbrik edib. Bu barədə "Report" "A Bola"ya istinadən xəbər verir. "Kriştianu müasir idmançıdır, hansı ki, hamıya müvəffəqiyyətin həmişə onunla gəldiyini göstərir. O, özünü tamamilə işə həsr edir və nə edirsə onu sevir. Bundan başqa, mən fövqəladə oyunçular Duqlas Kostaya, Aleks Sandroya və Danilo Luisə də haqq vermək istəyirəm. İtaliya çempionatında qələbə münasibətilə "Yuventus"u təbrik edirəm", - Pele deyib. "Yuventus" ardıcıl doqquz dəfə (2011/2012, 2012/2013, 2013/2014, 2014/2015, 2015/2016, 2016/2017, 2017/2018, 2018/2019, 2019/2020 mövsümləri) İtaliya çempionu olub. Bu milli birincilikdə "qoca senyora"nın 36-cı qələbəsidir. Ronaldu "Yuventus"a 2018-ci ilin yayında "Real Madrid"dən keçib. Transferin məbləği 117 milyon avro təşkil edib. 35 yaşlı hücumçu İtaliya çempionatının 32 matçda (hamsında əsas heyətdə) iştirak edib, 31 qol vurub (12 penalti), həmçinin 6 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2022-ci il ilə qədər qüvvədədir.
Sizin Reklam Yeriniz