Əlaqə Arxiv
news Image
2020.07.28
17:01
| A A A
"Real Madrid"in futbolçusu koronavirusa yoluxdu
İspaniyanın "Real Madrid" klubunun futbolçusu Mariano Diasdan götürülən koronavirus testinin nəticəsi müsbət çıxıb. Goal.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, virus aşkarlanan dominikanlı hücumçu dərhal karantinə alınıb. 27 yaşlı forvard bu səbəbdən komandasının Çempionlar Liqasının 1/8 final mərhələsinin "Mançester Siti" (İngiltərə) ilə cavab oyununun hazırlıqlarından kənarda qalacaq. Qeyd edək ki, Madriddə keçirilən ilk qarşılaşmada ingilislər 2:1 hesablı qələbə qazanıblar. Cavab görüşü avqustun 7-də Mançesterdə olacaq.
Sizin Reklam Yeriniz