Əlaqə Arxiv
news Image
2020.08.12
13:50
| A A A
FİFA iki turniri təxirə saldı – RƏSMİ

Futbol üzrə DÇ-2022-nin Asiya üzrə seçmə mərhələsi təxirə salınıb.

Goal.az xəbər verir ki, bu barədə FİFA-nın rəsmi saytı məlumat yayıb.

Qurum, oktyabr və noyabr aylarında keçirilməsi planlaşdırılan oyunların koronavirus səbəbiylə təxirə salındığını bildirib.

Bundan başqa, 2023-cü ildə keçiriləcək Asiya kubokunun da seçmə mərhələsi eyni səbəblə təxirə salınıb.

Hər iki turnirdə seçmə mərhələnin oyunları növbəti il keçiriləcək.

Sizin Reklam Yeriniz