Əlaqə Arxiv
news Image
2020.08.13
13:25
| A A A
Avropa Liqasında yeni rekord

Shakhtar Donetsk UEFA Avropa Liqasının 1/4 final mərhələsi çərçivəsində Basel-ə 4:1 hesabı ilə qalib gələrək, yarımfinala vəsiqə qazanıb.

Goal.az xəbər verir ki, bu oyun Ukrayna klubunun yarımmüdafiəçisi Tayson üçün əlamətdar olub. Belə ki, oyunda komandasının ikinci qolunu vuran braziliyalı, turnirin 7 mövsümündə fərqlənməyi bacaran ilk futbolçu olub.

Daha əvvəl Aleksandr Lakazzet (Arsenal), Cermeyn Lens (Beşiktaş) və Ari (Krasnodar) Avropa Liqasında 6 müxtəlif mövsümdə fərqlənməyi bacarmışdı.

Sizin Reklam Yeriniz