news Image
2013.08.05
17:48
| A A A
Ronaldodan Mourinhoya cavab

Movqe.Az xəbər verir ki, Jose Mourinhonun "Həqiqi Ronaldo ilə çalışdım, Braziliyalı olan" sözlərinə Portuqaliyalı ulduzdan cavab gəlib. Real Madridin məşhur ulduzu Cristiano Ronaldo, hazırda Çelsinin başında olan keçmiş texniki direktoru Jose Mourinhonun onu hədəf alan iynələyici sözləri haqqında danışıb. "Marca"ya müsahibə verən Portuqaliyalı futbolçu, "Həyatda bəzən cavab verilməyən şərhlər vardır, bu səbəbdən bunu nəzərə almıram. Hər zaman çalışdığım məşqçilərə hörmət etdim və onlardan yeni şeylər öyrənmək istədim. Haqqımda pis şeylər deyilməsinə alışmışam. Portuqaliyada dediyimiz kimi "Yediyim kobud tüpürcəkdir" . Təkcə bunu söyləmək istəyirəm "deyib. "Çelsi ilə xüsusi matçda qarşılaşacaqsınız. Mourinho ilə yaşadığın problemlər səni daha da motivasiya edəcəkdir ?" sualına Ronaldo, "Çelsi ilə qarşılaşırıq, Mourinho ilə deyil" şərhini verib. 28 yaşındakı futbolçu, Real Madrid ilə 2014-2015 mövsümünün sonuna qədər olan müqaviləsini 2018-ci ildə qədər uzatdığı istiqamətindəki söz-söhbəti yalanlayaraq, "Hələ yeni bir razılaşma etmədim. Mövzu həll edilmək üzrədir, amma indi danışmaq üçün doğru bir zaman deyil. Bəlkə sonra konkret bir şeylər söyləyə bilərəm. Madriddə təqaüdçü olacağımı doğrulamadım. Gələcəkdə nə olacağımı bilə bilmərəm , lakin hazırda Real Madrid oyunçusuyam və burada xoşbəxtəm "şəklində danışıb. Ronaldo, Real Madridin, Tottenhamdan transfer etmək istədiyi Galli oyunçusu Gareth Balet ilə əlaqədar nə düşündüyü sualına isə, "Əlbəttə Balet haqqında bir fikrim var, lakin paylaşmaq istəmirəm. Bu məsələlər mənim öhdəliyimdə deyil. Transferlər və oyunçu mövzularıyla əlaqədar danışmıram" cavabını verib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs