Əlaqə Arxiv
news Image
2020.09.22
15:31
| A A A
Bakıda keçiriləcək dünya kuboklarının tarixi müəyyənləşdi
Azərbaycan Gimnastika Federasiyası (AGF) tərəfindən təşkil olunan batut və idman gimnastikası üzrə ənənəvi dünya kuboklarının növbəti il üçün tarixləri müəyyənləşib.
Goal.az xəbər verir ki, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) İcra Komitəsinin bir neçə gün əvvəl videokonfrans formatında keçirilmiş görüşündə 2021-ci ildə təşkil ediləcək dünya kubokları, eləcə də "challenge” seriyalı dünya kuboklarının məkan və tarixləri barədə qərar qəbul edilib.
Beləliklə, növbəti ildə Milli Gimnastika Arenası batut gimnastikası və tamblinq üzrə dünya kubokuna fevralın 13-14-də, idman gimnastikası üzrə dünya kubokuna isə martın 4-7-də ev sahibliyi edəcək.
Cari il aprelin 24-26-da keçirilməli olan, lakin pandemiya səbəbindən təxirə salınmış bədii gimnastika üzrə dünya kuboku isə gələn il mayın 7-9-da təşkil ediləcək.
Sizin Reklam Yeriniz