Əlaqə Arxiv
news Image
2013.08.12
15:18
| A A A
Amerikalı voleybolçu yenidən Azərbaycanda oynayacaq

"Azəryol" növbəti transferini rəsmiləşdirməyə hazırlaşır. Apasport.az saytının əldə etdiyi məlumata görə, yeni mövsümdən Ancelo Vercesinin çalışdıracağı Bakı təmsilçisi amerikalı Cennifer Dorislə müqavilə bağlamağa yaxındır. 


Belə ki, Çempionlar Liqasında Azərbaycanı təmsil edəcək komandamız 25 yaşlı blokçu ilə danışıqlar masasına oturub, ilkin razılıq əldə edib. 196 sm boya malik oyunçunun bugünlərdə 1 illik müqaviləyə imza atacağı gözlənilir. 


Qeyd edək ki, Doris Azərbaycan azarkeşləri üçün tanış simadır. O, 2011/2012 mövsümündə "İqtisadçı"da oynayıb, ardınca Yaponiyanın II liqasında mübarizə aparan "Hitaçi"yə transfer olunmuşdu. 


Yeri gəlmişkən, "Azəryol" az öncə məhz universitet komandasında oyunla oynamış Lora Kitipovanı (Bolqarıstan) da heyətinə qatmışdı. 


Sizin Reklam Yeriniz