news Image
2012.04.03
19:09
| A A A
Rednik yeni müqaviləsinin şərtlərindən danışdı
"Astra" klubunun inkişafla bağlı layihəsi məni cəlb etdi. Bu layihənin ciddiliyinə, iş üçün yaxşı şəraitin yaradılacağına əminəm". Apasport.az saytının məlumatına görə, bu sözləri Rumıniyanın "Astra" klubunun baş məşqçi postuna yeni təyin olunan Mirça Rednik deyib. "Xəzər-Lənkəran"ın sabiq baş məşqçisi 3 aylıq fasilədən sonra yenə iddialı komandada çalışacağından məmnun qaldığını bildirib: "Sonradan daha 1 il müddətinə uzadıla biləcək 1 il 3 aylıq müqavilə imzaladıq. Əsas məqsədimiz 2013-cü ilin payızında Avropa Liqasında layiqli oynamaqdır. Ola da bilər ki, ilk ildə avrokuboklara çıxmağımız alınmasın. Amma hər şey mümkündür". Qeyd edək ki, Liqa 1-də çıxış edən "Astra" 23 oyundan sonra topladığı 28 xalla 18 komanda arasında 11-ci pillədə qərarlaşıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs