news Image
2014.02.01
18:04
| A A A
"Qarabağ" çempionluq yolunda ağır zərbə aldı

Bu gün Premyer Liqasında III dövrəyə start verilib. Movqe.az-ın məlumatına görə, qış fasiləsindən sonra komandalar yenidən mübarizəyə qoşulub.

XIX turun ilk oyun günündə bir qarşılaşmasında turnir cədvəlinin lideri "Qarabağ" mərkəzi stadionda "Xəzər Lənkəran"ı qəbul edib.

Ağdam klubu liderliyini qorumaq, cənub təmsilçisi isə, turnir cədvəlindəki mövqeyini yaxşılaşdırmaq üçünmübarizə aparıb. Matçın taleyini bir qol həll edib. Manuel Skarlatakenin oyunun 49-cu dəqiqəsində vurduğu qol "Xəzər Lənkəran"a qələbə qazandırıb.

Qeyd edək ki, keçirilməsi bugünə nəzərdə tutulan "Sumqayıt" - "Qəbələ" matçı isə sabah saat 14:00-da başlayacaq.