Əlaqə Arxiv
news Image
2014.02.09
11:03
| A A A
Azərbaycanın “Baku Fires” boks komandası Polşanın "Hussars Poland" komandasını məğlub edib
Azərbaycanın "Baku Fires" boks komandası Ümumdünya Boks Seriyası (WSB) Liqasında 4-cü ev qarşılaşmasında inamlı qələbə qazanıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba Olimpiya Kompleksində keçirilən qarşılaşmada komandamız Polşanın "Hussars Poland" kollektivini 5-0 hesabı ilə məğlub edib. Qarşılaşmanın ilk döyüşündə komandamızın üzvü Murad Rabadanov (52 kq) "Hussars Poland"ın boksçusu Marius Koça qalib gəlib. 60 kq çəkidə təmsilçimiz Məhəmmədrəşid Cəbrayılov Mateuş Polski ilə gərgin keçən döyüşdə rəqibini üstələməyi bacarıb. Üçüncü döyüş Kamil Əhmədov (69 kq) və İreneuş Zakrjevski arasına keçirilib. Bu döyüşdə də "Baku Fires" təmsilçisi rinqdən qalib ayrılıb.81 kq çəkidə yarışan boksçumuz Avropa çempionu Teymur Məmmədovun rəqibi isə Pyotr Podluçki olub. Boksçumuz rəqibinə heç bir şans verməyərək qalib gəlib. Super ağır çəki dərəcəsində (91+) yarışan idmançımız Arslanbek Mahmudov isə polşalı Arkadiuş Toboreki nokautla məğlub edərək komandamızın 5-0 hesablı qələbəsini rəsmiləşdirib.
Sizin Reklam Yeriniz