news Image
2012.06.18
13:52
| A A A
Futbolda hiyləgərliyə görə ağır cəzalar verilib

Futbolda rüşvətxorluqla bağlı 2009-cu ildən bəri davam edən iddia və sorğularda təqsirli bilinən şəxslərə ağır cəzalar verilib. Çin Liqasının iki keçmiş sədri və milli futbolçularına 10 ili aşan həbs cəzası verilib. Çin mediasına görə, həbs cəzası ilə yanaşı rüşvətlə əlaqəli 17 təqsirlə günahlandırılan keçmiş liqa başçısı Nan Yonqa 31 min dollar pul cəzası verildiyi halda, onun xələfi Xie Yalonqun 120 min dollarlıq mülkü də nəzarətə alınıb. Təqsirləndirmələri rədd edən Xie Yalonq etiraflarını işgəncə altında etdiyini deyib. Müxtəlif şəhərlərdə davam edən məhkəmə işlərində milli komandanın köhnə kapitanına 10 il 6 ay, milli komandanın dörd köhnə oyunçusuna isə  6 ilə yaxın həbs və 70 min dollarlıq təzminat cəzası verilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs