news Image
2014.05.06
14:37
| A A A
Hollandiya futbolunun canlı əfsanəsi "narıncılar"ı çalışdıracaq

Hollandiya futbolunun canlı əfsanəsi Rud van Nistelroy DÇ-2014-dən sonra "narıncılar"ı çalışdıracaq Quus Hiddinkin köməkçisi vəzifəsinə təklif almasına münasibət bildirib. 


Movqe.az qol.az-a istinadən xəbər verir ki, Nistelroy bu təklifə təəccübləndiyini gizlətməyib: "Hiddinkin mənə zəng etməsi sürpriz oldu. Bunu gözləmirdim. Ancaq belə təklif mənim üçün böyük şərəfdir. Gələcək məşqçilik karyeram üçün Hiddink kimi bir mütəxəssislə çalışmaq möhtəşəm şansdır. Milli komandada Hiddinklə birgə işləmək, futbolçulara dəstək olmaq əla hisslərdir".


Qeyd edək ki, 70 dəfə Hollandiya yığmasının formasını geyinən Nistelroy 35 dəfə rəqib qapılarına yol tapıb.