news Image
2014.05.13
12:12
| A A A
Pəhlivanlarımız Tehranda öz rəqiblərini gözləyir

Mayın 15-16-da İranın paytaxtı Tehranda yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya kuboku yarışı keçiriləcək. Apasport.az saytının məlumatına görə,turnirdə ölkəmizlə yanaşı, ABŞ, Rusiya, Koreya, Qazaxıstan, Macarıstan, Türkiyə, İran, Finlandiya və Ermənistan  güləşçiləri iştirak edəcəklər.


Dünya kubokunda iştirak edəcək komandamız  artıq Tehrandadır. Baş məşqçi Cəmşid Xeyrabadi, məşqçilər Mehrizad Esfandiyarifar və Akif Əliyevin rəhbərliyi altında 13 güləşçimiz heyətdə yer alıb.


Kubok yarışında ölkəmizi  Taleh Məmmədov, Orxan Əhmədov (hər ikisi 59 kq), Azad Əliyev, Həsən Əliyev (hər ikisi 66 kq), Rüstəm Əliyev, Rəsul Çunayev (hər ikisi 71 kq), Elvin Mürsəliyev (75 kq), Emin Əhmədov (80 kq), Şəhriyar Məmmədov, Saman Təhmasibi (hər ikisi 85 kq), Araz Həsənov (98 kq), Sabah Şəriəti və Valera Rodriqes (hər ikisi 130 kq) təmsil edəcək.


Bir neçə gün öncə keçirilən püşkatmanın nəticəsinə əsasən, Azərbaycan Koreya, Ermənistan, İran və Finlandiya komandaları ilə B qrupunda mübarizə aparacaq. A qrupunda isə, Rusiya, Macarıstan, Türkiyə, ABŞ və Qazaxıstan komandaları qüvvələrini sınayacaq.

Yarışın proqramına əsasən, mayın 15-də qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə, üçüncülük uğrunda görüşəcək.