news Image
2014.06.04
14:22
| A A A
ABŞ klubu indi isə türk ulduzu hədəfə alıb

David Villayla heyətinə ilk ulduzunu qatan "Nyu York Siti" klubu, indi isə türk ulduzu transfer hədəfinə alıb.


Movqe.az fanatik.com-a istinadən xəbər verir ki, İngiltərə nəhəngi "Mançester Siti" ilə amerika beysbol komandası "Nyu York Siti"nin birlikdə qurduğu klub "Fənərbaxçanın" təcrübəli ulduzu və kapitanı Emre Belözoğluna 2.5 millyon avroluq 3 illik müqavilə təklifi göndərib.


Lakin təcrübəli ulduz ona ünvanlanan təklifə yox cavabı verib. 


Hələ qarşıdakı illərdə "Fənərbaxça"da üç ildə forma geyməyi düşünən 34 yaşlı futbolçu, prinsip olaraq bu təklifə razı olmadığı bildirib.


Qeyd edək ki, ABŞ klubunun türk ulduzla bərabər, "Çelsi"dən yenicə ayrılan Frank Lempardıda  transfer etmək istəyində olduğu deyilir.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs