news Image
2014.09.27
12:00
| A A A
"Neftçi", yoxsa "Qarabağ"?

Bu gün Azərbaycan Premyer Liqasında 7-ci turun oyunlarına start veriləcək.

Movqe.az qol.az-a istinadən xəbər verir ki, turun açılış günündə üç qarşılaşma keçiriləcək.

Turun mərkəzi oyunu Bakıxanov qəsəbə stadionunda baş tutacaq.
Burada "Neftçi" əzəli rəqiblərindən olan Avropa Liqasının qrup mərhələsində ölkəmizi təmsil edən "Qarabağ"ı qəbul edəcək. Görüş saat 16:00-da başlayacaq.

Bu oyunla eyni vaxtda "Bakı" – "Araz Naxçıvan" matçı da start götürəcək. Yeni mövsümdə qələbə qazanmayan "Bakı" doğma meydanda üç xal üçün mübarizə aparacaq.

Günün son qarşılaşmasında paytaxt klubları üz-üzə gələcək. AZAL öz meydanında turnir cədvəlinin lideri olan "İnter"i qəbul edəcək. Bu görüş isə saat 17:00-da başlayacaq.

27 sentyabr (şənbə)

16:00. "Neftçi" – "Qarabağ"
Hakimlər:
Orxan Məmmədov, Elman Musayev, Knyaz Əmiraslanov, Ramiz Məhərrəmov
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu


16:00. "Bakı" – "Araz Naxçıvan"
Hakimlər:
İnqilab Məmmədov, Munis Abdullayev, İsgəndər Əliyev, Teymur Fərhadov
"Bakı" FK-nın təlim-məşq bazasının stadionu

17:00. AZAL – "İnter"
Hakimlər:
Elvin Əsgərov, Nahid Əliyev, Rza Məmmədov, Mahir Məmmədov
"AZAL Arena"

28 sentyabr (bazar)

18:00. "Simurq" – "Sumqayıt"
Hakimlər:
Ramil Diniyev, Azər Əsgərov, Rəvan Həmzəzadə, Sərxan İsmayılov
Zaqatala şəhər stadionu

19:00. "Qəbələ" – "Xəzər Lənkəran"
Hakimlər:
Ömər Paşayev, Mehman Mahmudov, Elşən Acalov, Ramil Əhmədov
Qəbələ şəhər stadionu

Turnir cədvəli

Komanda O Q H M TF X
İnter 6 4 1 1 19-3 13
Sumqayıt 6 4 0 2 8-7 12
Neftçi 5 3 1 1 4-4 10
Qəbələ 6 3 1 2 6-7 10
Qarabağ 5 2 2 1 6-5 8
Xəzər L 6 2 1 3 4-5 7
AZAL 5 2 1 2 4-7 7
Simurq 5 2 0 3 6-5 6
Araz N 5 1 0 4 4-7 3
Bakı 5 0 1 4 3-14 1