news Image
2014.09.29
18:07
| A A A
Çimərlik voleybolçularımız Gürcüstanda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər

Oktyabrın 2-dən 5-dək Gürcüstanın Batumi şəhərində "Georgia Open EEVZA Final Tour - 2014" turnirini keçiriləcək. Movqe.az AzərTAc-a istinadən xəbər verir ki, turnirdə Azərbaycanın qadın və kişilərdən ibarət komandaları mübarizə aparacaqlar.

Turnirdə qadınların yarışında ölkəmizi Vivian Danielle Da Canceicao Cunha - Zinaida Liubymova və Ferreira Raquel Goncalves - Yuliya Kərimova təmsil edəcəklər.

Kişilərin mübarizəsində Santos Merces Meilton Moises – Yaroslav Rudix və Romano Bernardo Vermelinger – Leonid Qritsai cütlükləri birincilik uğrunda mübarizə aparacaqlar.

Voleybolçularımız sentyabrın 30-da Gürcüstana yola düşəcəklər.

money.az currency