news Image
2012.04.11
12:46
| A A A
"Raul Qətərə gedərsə, bizim üçün sürpriz olar"

"Şalke" klubunun hücumçusu Raul Qonzales karyerasını Qətərdə davam etdirə bilər. Qol.Az-ın məlumatına görə, ispaniyalı forvard Qətərin "Əl Rayyan" klubunun maraq dairəsinə düşüb. Hələ də "Şalke" ilə müqaviləsini yeniləməyən Raulun komandadan ayrılacağı istisna olunmur. Ancaq Almaniya klubunun idman direktoru Horst Heltd Raulun komandada qalacağına dair fikirlər səsləndirib: "Raulla Qətər klubunun maraqlandığını bilirik. Ancaq o, Qətərə gedərsə, bizim üçün sürpriz olar. Çünki Raul hazırda pulla deyil, yeni müqavilə haqda düşünür. İnanıram ki, Raul sonda məhz "Şalke"yə üstünlük verəcək". Qeyd edək ki, "Şalke" Raula 2 illik müqavilə təklif etsə də, 34 yaşlı futbolçu son qərarını ailəsi ilə birgə verəcəyini bildirib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs