Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Nataliya Mustafayeva da yarımfinalda!
 
 
news Image
2012.07.31
17:44
| A A A
Nataliya Mustafayeva da yarımfinalda!
Azərbaycanın daha bir akademik avarçəkəni Nataliya Mustafayeva 2012-ci il London Yay Olimpiya Oyunlarında yarımfinala yüksəlib.

Lent.az-ın məlumatına görə, 27 yaşlı idmançımız iyulun 31-də baş tutan ¼ final yürüşündə ilk "3-lüy"ə düşdüyü üçün mərhələ adlayıb. 

Qadınlar arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edən Mustafayeva üçüncü yürüş zolağında mübarizə aparıb. Onun rəqibləri özündən solda cənubi koreyalı Yeji Kim və yaponiyalı Haruna Sakakibara, sağda isə 2 qat olimpiya və 5 qat dünya çempionu Yekaterina Karsten, danimarkalı Fie Udbi Eriksen və braziliyalı Kissya da Kosta olub. 

Yürüşün əvvəllərindən Eriksen və Karsten arasında birincilik uğrunda ciddi rəqabət başlayıb. Mustafayeva isə üçüncülüyü əldən verməmək üçün mübarizə aparıb. 500 metrlik bölümdə denimarkalı avarçəkən 1 dəqiqə 51,30 saniyə, belaruslu 1 dəqiqə 52,11 saniyə, təmsilçimiz isə 1 dəqiqə 53,73 saniyə nəticə göstərib. Yürüşün yarısını arxada qoyduqları vaxt avarçəkənlərdən Eriksen 3 dəqiqə 46,55 saniyə göstərici ilə lider olduğu halda, Karsten ondan 0,72 saniyə, Mustafayeva isə 6,03 saniyə geridə olub. 1500 metrlik bölümü skandinaviyalı 5 dəqiqə 43,62 saniyəyə keçib. 40 yaşlı belaruslu ondan 0,54 saniyə, avarçəkənimiz 12,25 saniyə geridə olub. Yekunda isə Eriksen 7 dəqiqə 38,93 saniyə nəticə ilə yürüşü qalib kimi başa vurub. Karsten 7 dəqiqə 42 saniyə nəticə ilə ikinci yeri tutub. Mustafayeva isə 8 dəqiqə 0,26 saniyə göstərici ilə üçüncü olub. Hər 3 avarçəkən yarımfinala çıxıb. 

Sonrakı yerləri tutan cənubi koreyalı Kim (8:08.39), braziliyalı Da Kosta (8:12.26) və yaponiyalı Sakakibara (8:12.85) mükafatlar uğrunda mübarizədən kənarda qalıblar. 

Qeyd edək ki, yarımfinal yürüşləri avqustun 2-də keçiriləcək.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs