news Image
2012.08.12
10:14
| A A A
Azərbaycan London Olimpiadasında ilk qızıl medalını qazanıb
Sərbəst güləşçimiz Toğrul Əsgərov olimpiya çempionu olub London Olimpiadasında sərbəst güləş üzrə 60 kq çəki dərəcəsində Azərbaycan güləşçisi Toğrul Əsgərov çempion olub. "Apasport" saytının məlumatına görə, 19 yaşlı T. Əsgərov finalda Rusiya idmançısı Besik Kuduxovla qarşılaşıb. İdmançımız Pekin-2008-in bürünc mükafatçısı, 4 qat dünya çempionu B. Kuduxovu ilk hissədə 1:0 məğlub edib. Ardınca rusiyalı idmançı bunun revanşını almaq istəsə də, Əsgərov onu peşman edib. İkinci hissədə Toğrul B. Kuduxova 5:0 hesabı ilə qalib gəlib. Bununla, o, Azərbaycana London Olimpiadasında ilk qızıl medalı qazandırıb.
Qeyd edək ki, bu çəki dərəcəsində xalçaya çıxan Toğrul Əsgərov ilk mərhələdən azad idi. Avropa çempionumuz 1/8 finalda almaniyalı Tim Şleyherlə qarşılaşıb.
Görüş həmyerlimiz üçün yaxşı başlayıb. O, birinci hissədə 2:0 hesabı ilə qalib gəlib. Növbəti 2 dəqiqə də pəhləvanımız üçün uğurlu alınıb. Əsgərov bu dəfə 7:1 hesabı ilə rəqibini məğlub edib və 1/4 finala yüksəlib.
Onun bu dəfə rəqibi yaponiyalı Keniçi Yumoto olub. Toğrul Asiya təmsilçisinə də gücünü göstərib. Hər 2 hissədə rəqibindən üstün olan (1:0, 2:2) güləşçimiz yarımfinalda iştirak hüququ qazanıb.
Finala gedən yolda həmyerlimiz amerikalı Koleman Skottla üz-üzə gəlib. Toğrul yenə də rəqibini məğlub etməyi bacarıb. İlk hissədə 1:0, ardınca 4:0 hesabı ilə qələbə qazanan güləşçimiz finala yüksəlib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs