Əlaqə Arxiv
news Image
2012.09.08
12:28
| A A A
Futbol üzrə dünya çempionatının seçmə mərhələsinin ilk oyunları keçirilib
2014-cü ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin Avropa zonası üzrə oyunları start götürüb. Apasport.az saytının məlumatına görə, ilk oyun günündə 22 qarşılaşma baş tutub.

İlk oyun Moskvada keçirilib, millimizin rəqibi olan Rusiya yığması doğma divarlar arasında Şimali İrlandiyanı məğlub edib. 

Qrupumuzdakı digər oyunda aşkar autsayder Lüksemburq öz meydanında qrupun favoriti sayılan Portuqaliya ilə qarşılaşmada hesabı açsa da, qələbə hesabını saxlaya bilməyib.

Qonşu Türkiyə yığması isə Hollandiya ilə səfər matçında məğlub olub.
Sizin Reklam Yeriniz