Əlaqə Arxiv
news Image
2011.11.23
20:40
| A A A
Bu qədər pul xərcləsəm də məni yenə söyürlər

"Əsgər Abdullayev istefa verməyib". Bunu Apasport.az saytına "Turan" klubunun prezidenti Musa Süleymanov deyib.

Premyer Liqanın XIII turunda "Bakı"nın qonağı olan "Turan" cari mövsümdə ən acı məğlubiyyətlə barışmalı oldu. Qapısından 5 cavabsız top buraxan Tovuz təmsilçisi rəqibin 3 xal qazanmasını seyr edib. Görüşə əvəzedici heyətin üzvləri ilə çıxan "Turan"da baş məşqçi Əsgər Abdullayev oyunu texniki zonadan deyil, tribunadan izləyib. Maraqlıdır ki, cəzalı olmayan çalışdırıcının əvəzinə protokolda köməkçisi Eltay Aslanovun adı yazılmışdı.


Baş verənləri klub rəhbəri belə izah edib: "Əsas heyət çıxmadığına görə, özüm Əsgər Abdullayevin komandanın "sükanı arxası"nda olmasını istəmədim. Dedim, qoy əvəzedicilərin məşqçisi komandaya rəhbərlik etsin".

Maddi planda heç bir irəliləyişin olmadığını qeyd edən Süleymanov son vaxtlar klubla bağlı səsləndirilən fikirlərə də münasibət bildirdi: "Hər şey pulun başındadır. "Turan"ın halına acıyanlar komandaya pul versinlər. Heç kim yaxın durmur. Ona görə maddi cəhətdən vəziyyətimiz hələ pisdir".

O, dekabrın sonlarında klubu buraxa biləcəyini də istisna etməyib: "Ola bilsin, dekabrda klubu buraxdım. Tək çatdıra bilmirəm. Hər bir futbolçunun da öz problemləri var. Bu qədər pul xərcləməyin qarşılığında yenə söyüş yiyəsi olursan. Kim istəyir, buyursun, komandaya baxsın".

Sizin Reklam Yeriniz