Əlaqə Arxiv
news Image
2012.09.13
16:45
| A A A
Kriştianu Ronaldu: “Azərbaycan yığması çox dirəndi” - FOTO

Portuqaliya milli komandası və İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu Azərbaycan yığması ilə 2014-cü il dünya çempionatının seçmə qrup matçı barədə danışıb.

Lent.az-ın məlumatına görə, 27 yaşlı hücumçu öz "Facebook" səhifəsində 3:0 hesabı ilə qalib gəldikləri görüşdə daha çox qol şansını boşa verdiklərini söyləyib. 
Ronaldu deyib: "Lüksemburq və Azərbaycanla oyunlardan 6 xal qazandıq və üzərimizə düşəni yerinə yetirdik. Azərbaycanla matçda daha çox qol vura bilərdik. Lakin rəqib çox dirənirdi idi. Hər iki oyunun nəticəsi bizim üçün yaxşıdır. Artıq klubumun düşərgəsindəyəm və "Real Madrid"i düşünürəm". 
Ulduz futbolçunun bu yaxınlarda verdiyi açıqlama isə bomba effekti verib. O, "Real Madrid"də xoşbəxt olmadığını və klub rəsmilərinin də bunu bildiklərini söyləyib. Bundan sonra Ronaldunun adı ətrafında müxtəlif söz-söhbətlər yaranmağa başlayıb. Portuqaliyalı hücumçu isə başqa komandaya keçəcəyinə dair xəbərləri təkzib edib: "Bunu açıq-aşkar deyə bilərəm ki, müqavilə məsələsində problemim yoxdur. Yeganə düşüncəm və diqqətim "Real Madrid"dədir. Komanda yoldaşlarım və azarkeşlərin yardımı ilə bütün matçları və bütün kubokları qazanmaq niyyətindəyəm". 
Qeyd edək ki, Portuqaliya – Azərbaycan matçında Kriştianu Ronaldu qol vura bilməsə də, İspaniya çempionatının ilk 3 turunda 2 dəfə fərqlənib.

Sizin Reklam Yeriniz