Əlaqə Arxiv
news Image
2012.09.13
20:19
| A A A
UEFA Azərbaycanda mövcud olmayan kluba pul ayırdı

UEFA 2012-ci il Avropa çempionatından əldə edilən gəlirdən 53 üzv ölkənin 575 klubuna 100 milyon avro yardım ayırıb. 

Lent.az-ın məlumatına görə, məbləğin 40 milyon avrosu seçmə mərhələdə yığmalara oyunçu buraxan klublara ödəniləcək. 
60 milyon avro isə Ukrayna və Polşadakı final mərhələsi zamanı milli komandaların heyətində futbolçuları iştirak etmiş klublara veriləcək. Bu barədə UEFA ilə Avropa Klublar Assosiasiyası arasında memorandum imzalanıb. 
Yardım alanlar sırasında Azərbaycanın 11 klubu da var. Onlar arasına artıq mövcud olmayan Sumqayıt "Gənclərbirliyi"si də düşüb. Halbuki hazırda Sumqayıtı təmsil edən eyniadlı komanda "Gənclərbirliyi"nin davamçısı sayılmır. Həmin klub isə 2003-cü ildə yaradılıb və 2008-ci ilin yayında dağılıb. AZAL əvəzinə isə siyahıda əvvəlki adı – "Olimpik-Şüvəlan" göstərilib. Premyer Liqa klublarından yalnız Gəncə "Kəpəz"inə pul verilməyəcək:

"Qarabağ" – 293501 avro
"Neftçi" – 190776 avro
"Xəzər Lənkəran" – 153739 avro
"İnter" – 128232 avro
"Bakı" – 127883 avro
"Qəbələ" – 113208 avro
"Olimpik-Şüvəlan" – 67086 avro
"Turan" – 25157 avro
"Gənclərbirliyi" – 16771 avro
"Simurq" – 13627 avro
"Rəvan" – 6988 avro.

Qeyd edək ki, 2008-ci il Avropa çempionatından sonra 180 kluba kompensasiya ödənilib.

Sizin Reklam Yeriniz