Əlaqə Arxiv
news Image
2011.11.23
20:41
| A A A
"Onların məqsədi Sadıq Sadıqovun gördüyü işlərə kölgə salmaqdır"

"Bu məsələlərdə "Neftçi" klubunun prezidenti Sadıq Sadıqovun günahı yoxdur. O, xeyli vaxtdır idman sahəsində çalışır, xidmətləri var. "Neftçi"nin prezidenti kimi Azərbaycan futbolunun inkişafına çalışır. Ancaq bəzi insanlar Sadıq Sadıqovun işinə xələl gətirirlər". Bu fikirləri Apasport.az saytına açıqlamasında azərbaycanlı sabiq FİFA hakimi Babək Quliyev deyib.

AFFA-nın 2009-cu ilin yazında hakimlikdən kənarlaşdırdığı 37 yaşlı B.Quliyevin fikrincə, "Neftçi" klubunun hakim köməyinə ehtiyacı yoxdur: "Neftçi"nin oyununda, qalib gəlməyində problem yoxdur. Məgər zəif komandadır ki? Sadəcə, Sadıqovu istəməyən insanları tapıb, üzə çıxarmaq lazımdır. Onların məqsədi Sadıq müəllimin gördüyü işə kölgə salmaqdır. Heç vaxt inanmaram ki, Sadıq müəllim hakimə desin ki, komandama kömək et. Sadəcə, özlərini Sadıq müəllimin gözündə yüksək tutmaq istəyənlər hərəkətləri ilə onun işinə xələl gətirirlər".

Sizin Reklam Yeriniz