Əlaqə Arxiv
news Image
2012.09.24
20:40
| A A A
Vitali Kliçko karyerasını başa vurdu

Ukraynalı ağır çəkili boksçu Vitali Kliçko idmançı karyerasını başa vurduğunu açıqlayıb. 

Lent.az-ın məlumatına görə, Kliçko Donetskdə keçirdiyi mətbuat konfransında bir daha rinqə çıxmayacağını bildirib. 
41 yaşlı idmançı sonuncu dəfə sentyabrın 8-də Rusiyanın paytaxtı Moskvada nəyə qadir olduğunu nümayiş etdirib. O, həmin gün almaniyalı Manuel Çarranı yenərək, WBC (Ümumdünya Boks Şurası) versiyası üzrə dünya çempionu titulunu qoruyub. Bu qələbədən sonra Vladimir oktyabrın 28-də Ukrayna Ali Radasına keçiriləcək seçkidən asılı olaraq, gələcək karyerasına dair qərar verəcəyini söyləyib. Seçkidə onun "UDAR" partiyası da iştirak edəcək. Bununla belə, böyük Kliçko qardaşı Vladimirin karyerasını davam etdirəcəyini söyləyib. 
Qeyd edək ki, Vitali Kliçko karyerası ərzində peşəkar rinqdə 47 döyüşə çıxıb. O, 41-i nokautla olmaqla, 45 qələbə qazanıb, 2-də isə uduzub.

Sizin Reklam Yeriniz