Əlaqə Arxiv
news Image
2015.10.01
17:05
| A A A
Dünya şöhrətli qolfçu Azərbaycana gəlir

Qolf üzrə dünya rekordlarını yeniləmiş məşhur qolfçu Kolin Montqomerinin Azərbaycana gəlir. Movqe.az xəbər verir ki,  Dreamland Country & Life-ın tərkibinə daxil olan Dreamland Golf Clubun dəvəti ilə 3 və 4 oktyabr tarixlərində Azərbaycana gələcək Colin Montgomerie son iyirmi ildə Avropanın qolf üzrə lideri olaraq tanınır. Avropa Turniri və Böyüklər arasında keçirilən Turnirdə üç il ardıcıl şəkildə qalibiyyət əldə edən ilk qolfçu olaraq adını tarixə yazmışdır. Colin Montqomerie 8 dəfə Ryder Cup turniri də daxil olmaqla dəfələrlə çoxsaylı turnirlərin qalibi olmuşdur, hazırda Böyük Britaniyada ən tanınmış və sevilən idmançılardan biridir. Uzun illərdirvqolf aləmində yaxşı tanınan Merit Siyahısına liderlik edir.Dreamland Qolf Klubu 65 hektarlıq ərazini əhatə edir. 18 dəlikdən ibarət olan misilsiz mənzərəli qolf sahəsi beynəlxalq turnirlərə ev sahibliyi edə biləcək imkanlara malikdir. Qolf klubun tərkibinə həm də iki mərtəbəli, 40 nəfərin eyni zamanda təlim keçə biləcəyi Qolf Akademiyası da daxildir. Azərbaycanda qolfun inkişafına böyük dəstək verməyi məqsəd olaraq seçən Dreamland Qolf klubu artıq qadınlar və uşaqlara təlimlər keçməklə bu möhtəşəm idmanın ölkəmizdə təbliğinə başlamışdır. Bu möhtəşəm açılış mərasiminin Azərbaycanın bölgədəki nüfuzuna və turizmin inkişafına töhfə verəcəyi də gözlənilir.Azərbaycana gəlişindən əvvəl Colin Montgomerie artıq mesajını belə vermişdir: "Artıq dünya səviyyəli qolf təsisi kimi tanınmağa başlayan Dreamland Qolf Klubun açılışının bir parçası olmaq mənə zövq verir. Azırbaycandakı gənc qolfçularla görüşü səbirsizliklə gözləyirəm. İnanıram ki, buradakə ilk qolf dərslərimiz Azərbaycanda qolfun gələcəyinə müsbət təsir göstərəcəkdir." Colin Montgomerie ilə birlikdə Azərbaycana dünya üzrə çox tanınmış şəxslər də gələcəklər, bunların arasında tanınmış qolf sahəsi memarı Cyntia Dye, dünyanın ən nüfuzlu qolf idarəetmə şirkəti İMG üzvləri də vardır.Qeyd edək ki, Dreamland Country & Life Abşeron yarımadası, Zığ şosesinin 22-ci kilometrində 330 hektarlıq geniş ərazini əhatə edir. Şəhər üslublu həyat tərzinin üstünlükləri və şəhərdən kənar həyatın xüsusiyyətlərini birləşdirən layihəyə yaşayış sahəsi, 18 dəlikli qolf meydançası, qolf akademiyası, qolf təlim sahəsi, Sabis Sun Beynəlxalq Məktəb, ticarət mərkəzləri, otel, spa və sağlamlıq mərkəzləri, kafe və restoranlar daxildir. Dreamland ərazisinin xeyli hissəsi ekzotik flora ilə örtülmüş, toplam 12 min kvadrat metrlik ərazidə isə göllər mövcuddur. Layihənin ilk mərhələsi üzrə tikinti işləri başa çatmaq üzrədir.

Sizin Reklam Yeriniz