Əlaqə Arxiv
news Image
2015.10.05
14:05
| A A A
Şahin Diniyev: "Bir müddətdir ki, yaxşı oynayıb qələbə qazanmamaq qorxusu yaranıb"

"Həqiqətən də oyun bizim üçün çətin oldu. Bir müddətdir ki, yaxşı oynayıb qələbə qazanmamaq qorxusu yaranıb. Eyni zamanda, azarkeşlər qarşısında oynayırdıq".

Movqe.az Goal.az-a isitnadən məlumat verir ki, bu sözləri "Kəpəz"in baş məşqçisi Şahin Diniyev "Sumqayıt" üzərində qələbədən (2:1) sonra keçirdiyi mətbuat konfransında deyib.

Qələbəyə layiq oyun nümayiş etdirdiklərini bildirən Diniyev görüşü belə şərh edib: "Düşünürəm ki, ilk qoldan sonra komandam daha yaxşı futbol sərgilədi. Hücumda etdiyimiz dəyişikliklər matçı rəngarəngləşdirdi. Ebah oyuna daxil olduqdan sonra ona iki müdafiəçi təhkim olundu. Elə olan halda, yarımmüdafiəçilər üçün geniş sahə yarandı. Hazırda mənim əlimdə 3 hücumçu var ki, onlar hər bir an istənilən oyunun taleyini həll edə bilərlər. Juninyonun formasını bərpa etməsi də sevindirici məqamdır. Biz 3 xal qazanmağa layiq futbol sərgilədik.


Nəticənin ədalətli olduğunu düşünməklə yanaşı, "Sumqayıt"a da uğurlar arzu edirəm. Qələbədə hər bir oyunçunun payı var. İki qol vuran Juninyo isə digərlərini faiz nisbəti ilə üstələyir".


Sizin Reklam Yeriniz