Əlaqə Arxiv
news Image
2015.10.12
22:00
| A A A
Leonardo Bonuççi: “Azərbaycan yığması o qədər zəif komanda deyil ki, vurduğu qola görə təəccüblənəsən"

İtaliya yığmasının müdafiəçisi Leonardo Bonuççi Azərbaycan üzərində qazandıqları 3:1 hesablı qələbə ilə bağlı İtaliya mətbuatına açıqlama verib.

Movqe.az-ın Goal.az-a isitnadən məlumatına görə 28 yaşlı futbolçu Azərbaycan millisinin vurduğu qolun onlar üçün sürpriz olmadığını bildirib: "Azərbaycan yığması o qədər zəif komanda deyil ki, vurduğu qola görə təəccüblənəsən. Onların oyununda irəliləyiş var idi. Amma düşünürəm ki, qol buraxmamaq olardı. Müdafiədə buraxdığımız ani boşluq bizə baha başa gəldi. Ancaq qısa zamanda toparlanıb yenidən önə keçdik və böyük komanda olduğumuzu bir daha göstərdik. Əsas odu ki, final mərhələsinə vəsiqənin öhdəsindən gələ bildik".


Sizin Reklam Yeriniz