Əlaqə Arxiv
news Image
2015.10.22
00:00
| A A A
"Qorxuram ki, Blatter prezident postunda qalsın"

FİFA prezidentliyinə namizəd Con Moncun qurumun hazırki rəhbəri Zepp Blatterin vəzifəsində qalmasından ehtiyat edir. Movqe.az Goal.az-a istinadən məlumat verir ki, cənubi koreyalı namizəd bunu bir sıra namizədlərin süni yollarla seçkilərdən uzaqlaşdırılma cəhdi ilə əlaqələndirib.

"Növbəti prezident seçkilərinin tamlığı artıq Blatterin dostlarının ədalətsiz fəaliyyəti nəticəsində ciddi zərər görüb. Qaydalara uyğun olaraq, namizəd prezident seçilmək üçün ilk turda səslərin 2/3-ni, ikinci turda isə əksəriyyətini qazanmalıdır. Qorxuram ki, fevralda Konqress yeni prezident seçmək iqtidarında olmasa, Blatter öz postunda qalsın. İndi iki tərəfdən tələyə salınmışam. Qeyri-obyektiv sanksiyalara görə namizədliyimə dəstək ala bilmirəm. FİFA-nın motivasiyaedici qərarı əlimdə olmadığından bu sanksiyaların İsveçrə məhkəməsində yenidən baxılmasına da nail olmaq mümkün deyil. FİFA-nın məsələyə qarışması fevraldakı seçkilərdə iştirakımı sual altına qoyur. Amma qeyd etdiyim qərarı alsam, sanksiyaların ədalətsiz olduğunu sübut etmək üçün İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcəm" - Moncun deyib.


Sizin Reklam Yeriniz