Əlaqə Arxiv
news Image
2015.10.26
09:35
| A A A
Samir Abbasov: "“İnter”lə oyundan sonra demişdim ki..."

Azərbaycan Premyer Liqanın IX turuna bu gün keçirilən "Sumqayıt" – "Qarabağ" oyunu ilə yekun vuruldu. Movqe.az Goal.az-a istinadən məlumat verir ki, matç "Sumqayıt"ın 1-0 hesablı qələbəsi ilə yekunlaşdı. Bununla da "Sumqayıt" cari mövsümdə ilk qələbəsini qazandı, "Qarabağ" isə cari mövsümdə ilk dəfə məğlub oldu.

"Sumqayııt"ın çalışdırıcısı Samir Abbasov oyunu belə şərh edib:

"Çətin olacağını bilirdik. "Qarabağ"a qarşı oynamaq çox çətindir. "İnter"lə oyundan sonra demişdim ki, biz rəqibi düşünmürük. Bu sözlərim rəqibi kiçiltmək üçün deyil. Sadəcə, öz çıxışımızı fikirləşirik. İstədiyimiz oyuna doğru 1 addım atdıq. Məncə, "Qarabağ" bizə qarşı həvəssiz oynamadı. "Qarabağ" fəxrimizdir. Oyuna görə onlara da təşəkkür edirəm".


Sizin Reklam Yeriniz