Əlaqə Arxiv
news Image
2015.10.26
21:00
| A A A
Arşavin: "Milli komanda haqqında artıq düşünmürəm"

Karyerasını Krasnodarın "Kuban" klubunda davam etdirən Andrey Arşavin Rusiya millisinə düşmək üçün mübarizə aparmaq istəmədiyini bildirib.Movqe.az Goal.az-a isitnadən məlumat verir ki, təcrübəli yarımmüdafiəçi bunu yaşının ötməsi ilə əlaqələndirib.

"Birdən DÇ 2018-də oynayası olsam, millinin səviyyəsi zəifləyəcək. Lazım qədər oynamışam. 34 yaşım var. Premyer Liqada daha bir neçə il qala bilərəm. Amma milli komanda haqqında artıq düşünmürəm. Qüvvəmin artıq tükəndiyini hiss edən kimi karyeramı başa vuracam. Əlbəttə, aşağı divizionda daha 15 il də oynaram. Amma bu, kimə lazımdır ki? Millini isə gənc uşaqlar gücləndirə bilər. Ümid edirəm ki, bizim layiqli ailəmiz yetişib".


Sizin Reklam Yeriniz