Əlaqə Arxiv
news Image
2015.10.27
15:52
| A A A
Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin erməni snayper tərəfindən vurulduğunu elan edib

İkiqat paralimpiya və dünya və beşqat Avropa çempionu, əməkdar idman ustası, "Şöhrət" ordenli, "Tərəqqi" medalı sahibi, Heydər Əliyev Fondunun təsis etdiyi beynəlxalq "Qızıl çinar" mükafatının laureatı İlham Zəkiyev gənclərin dünya birinciliyində paralimpiya cüdosunun təqdimatı münasibətilə Beynəlxalq Cüdo Federasiyası (İJF) tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə dəvət olunub.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, İ.Zəkiyev və Azərbaycanın digər təmsilçisi, paralimpiyaçı cüdoçulardan ibarət milli komandanın üzvü Kənan Abdulxanlı birlikdə nümunəvi çıxışlar ediblər.

Yarışın keçirildiyi idman sarayında idmançı İ.Zəkiyevin erməni snayperi tərəfindən vurularaq görmə qabiliyyətini itirməsi elan olunub.

Sonra paralimpiyaçı cüdoçuların test yarışları keçirilib.


Sizin Reklam Yeriniz