Əlaqə Arxiv
news Image
2015.10.29
10:50
| A A A
"Poqbanı 100 milyon avroya satmaq istəyirlər"

Pol Poqbanın agenti Mino Rayola ötən yay "Juventus"un fransalı yarımmüdafiəçiyə görə bir neçə təklif aldığını bildirib. Goal.az xəbər verir ki, Rayola təkliflərin əsasən 3 ölkədən gəldiyini qeyd edib.

"Gələcəkdə "Juventus" və "Barcelona" arasında nə baş verəcəyini bilmirəm. Ötən yay "Juventus" İngiltərə, İspaniya və Almaniyadan 85 milyon avro həcmində 3 təklif almışdı. Hamısını geri çevirdilər. Məncə, turinlilər Poqbanı 100 milyon avroya satmaq istəyirlər. "Bavariya" variantı? Qvardiola əla məşqçidir. Onunla bir problem olmaz" - italyan menecer söyləyib.


Sizin Reklam Yeriniz