Əlaqə Arxiv
news Image
2015.10.29
17:40
| A A A
​Azərbaycan Premyer Liqası Almaniyada yayımlanacaq

Futbol üzrə Azərbaycan Premyer Liqası Almaniyada yayımlanacaq. Məlumata görə, bu barədə AFFA Klublar Komitəsinin sədri Tuyqun Nadirov bildirib.

T.Nadirov deyib ki, ilkin olaraq burada əsas məsələ ödənişin məbləği yox, çempionatın xarici ölkədə yayımlanmasıdır. "Klublar Komitəsinin əvvəlki iclaslarında da məsələ qaldıranda federasiya, xüsusilə AFFA prezidenti Rövnəq Abdullayev buna dəstək verdi. Nəticə olaraq biz məqsəd qoymamışıq ki, məhsul satılanda nə qədərsə məbləğ qazanılsın. Ödənilən məbləğ 10 min də, 100 min də ola bilər. Əsas olan çempionatın yayımlanmasıdır. "CBC Sport" xaricə məhsulunu satırsa, sonda bu bizə faydalıdır".


Sizin Reklam Yeriniz