news Image
2012.11.01
12:23
| A A A
Ronaldo: "Brazilya futbolu çətin dönəmini yaşayır"
Braziliya futbolunun canlı əfsanəsi Ronaldo yenidən maraqlı açıqlamaları ilə diqqət çəkib.
Məlumata görə "Globoesporte"yə danışan Ronaldo Braziliya futbolunun tarixinin ən pis mərhələsini yaşadığını bildirib:
"Hazırda Braziliya futbolu çətin dönəmdən keçir. Çünki bizim Avropada qol vuran oyunçularımız yoxdur. Doğrudur, millidə daha çox gənclərə üstünlük verilir. Həmin oyunçulardan ən önəmlisi də Neymardır. Hansı ki, o "Qızıl top" mükafatına namizədlər sırasında yer almışdı. Bununla belə, hazırda millidə vəziyyət heç də ürəkaçan deyil. Məncə, Braziliya futbolu tarixinin ən pis mərhələsindədir".
Qeyd edək ki, Ronaldo sonda Braziliya və İspaniya yığmalarının "DÇ-2014"ün əsas favoritləri olduğunu bildirib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs