news Image
2016.05.02
11:07
| A A A
"Qəbələ" rəsmən avrokuboklarda

"Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandası Azərbaycan çempionu adına yiyələnib.

Movqe.az goal.az- istinadən xəbər verir ki, Hüseynqulu Quliyevin yetirmələri çempionat başa çatmamış 1-ci yeri təmin edən U-15, U-16 və əvəzedicilərin ardından kluba mövsümdə 4-cü çempionluğu qazandırıb. U-14 komandasının "Bakcell Elit" kubokunu da nəzərə alsaq, U-19-un çempion olması ilə mövsümdə 5-ci titul əldə edilib.

 

"Qırmızı-qaralar" çempion tituluna XVII turdan təxirə salınan "Neftçi" ilə ev oyununda sahib çıxıb. 4:0 hesabı ilə qalib gələn komanda 19 oyundan sonra xal hesabını 52-yə çatdırıb. Bununla da "Qəbələ" "Zirə"ni arxada qoyaraq, liderliyi ələ alıb.

 

Quliyevin yetirmələri son tur öncəsi izləyicisindən 2 xal öndə olsa da, "Bakı" ilə baş tutmayan görüşə görə İntizam Komitəsi tərəfindən texniki qələbə alacağından üstünlüyü 5 xala qədər artacaq. Bu isə son tur və təxirə salınan digər matçın nəticəsindən asılı olmayaraq I yerin taleyinə aydınlıq gətirib.

 

Qızıl medalları təmin edən "Qəbələ" mövsümün son matçlarına çempion kimi çıxacaq. U-19 qızıl medallarla yanaşı, avrokuboklara vəsiqəni də təmin edib. Belə ki, ötən ildən etibarən bu yaş qrupu üzrə Azərbaycan çempionu UEFA Gənclər Liqasının "Çempionlar yolu"nda çıxış etmək hüququ qazanır. 

 

Xatırladaq ki, "Qəbələ" 2012/2013 mövsümündən keçirilən U-19 Liqasının daimi mükafatçısıdır. İlk yarışın qalibi olan "qırmızı-qaralar" 2013/2014 mövsümündə gümüş, 2014/2015 mövsümündə qızıl medal qazanıb.

 

Komanda bu yarışda həm ikiqat çempion, həm də dördqat mükafatçı olan yeganə klubdur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs