news Image
2016.05.03
13:15
| A A A
Keyn: "Chelsea" titulu qazanmış kimi sevinirdi"

Harri Keyn Qari Linekerdən sonra "Tottenham"in bir mövsümdə 25 qol vuran ilk futbolçusu oldu. Movqe.az goal.az-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu "Chelsea" ilə matçdan sonra maraqlı açıqlamalar verib."Eks çempionlar bizimlə oyunda titulu qazanmış kimi heç-heçə bayram edirsə, deməli, nəyisə düz etmişik. Sadəcə eyni tərzdə davam etməlidir. Bizim çox istedadlı futbolçularımız, gözəl məşqçilər korpusu var. Düzgün yolda irəliləmək lazımdır. "Tottenham" əla mövsüm keçirdi. "Leicester"in haqqını da vermək lazımdır. Onlar titulu qazanmaqla inanılmaz nəticə göstərdi. "Tülkülər" bu mövsüm özünü möhtəşəm nümayiş etdirdi. Biz imkanımız daxilində olan hər şeyi etdik, sona qədər vuruşduq. Hər bir futbolçumuza, kluba görə fəxr edirəm. İndi növbəti mövsüm haqqında düşünməliyik".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs