news Image
2016.05.03
13:30
| A A A
"Çempionluq mübarizəsini sona qədər davam etdirə bilmədik"

"Tottenham"in baş məşqçisi Maurisio Poçettino "Chelsea" ilə matçdan sonra fikirlərini bölüşüb. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, argentinalı mütəxəsis bunları deyib:"İlk növbədə "Leicester"in futbolçu və azarkeşləri, baş məşqçisi Klaudio Ranyerini təbrk edirəm. Çempionluq yarışını sona qədər davam etdirə bilmədik deyə məyusam. Birinci hissədən sonra hesab 2:0 olanda əks-hücumlarda oynayıb 3-cü qolu vurmaq lazım idi. Qapımızdan birinci qolu buraxandan sonra istənilən şey ola bilərdi. Əsl derbi idi. Biz də, "Chelsea" də mübarizə apardıq. Bu futboldur. Biz başqa kişilərə gücümüzü göstərməyə çalışan kişilərik. Bizim üçün yaxşı dərsdir. Komandamız Premyer Liqanın ən gənc kollektividir. Azarkeşlərimiz fəxr edə bilər. Realist olmaq və oyunçuları təbrik etmək lazımdır. Növbəti mövsüm daha da güclənib çempionluq mübarizəsinə qoşulmağa çalışacağıq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs