Əlaqə Arxiv
news Image
2016.05.16
13:30
| A A A
"Liverpool" uzun zamandır mükafat qazanmır"

"Liverpool"un yarımmüdafiəçisi Filippe Koutinyo mayın 18-də keçiriləcək Avropa Liqasının finalı barədə danışıb. Movqe.az goal.az-a istinadən xəbər verir ki, braziliyalı havbek "Sevilla"nı məğlub edərək mövsümü titulla başa vurmaq istədiklərini deyib."Bu, ciddi turnirdir. Avroliqada qələbə növbəti mövsüm bizə daha nüfuzlu turnirdə iştirak etməyə şərait yaradacaq. Titul qazanmaq həm klub, həm də futbolçu üçün mühüm əhəmiyyətə malikdir. "Liverpool" uzun zamandır mükafat qazanmır. Ona görə diqqətimizi bu məsələnin həllini yönəltmişik. Mövsümü finalda mükəmməl nəticə qazanmaqla tamamlamaq lazımdır".

Sizin Reklam Yeriniz