Əlaqə Arxiv
news Image
2016.05.19
09:07
| A A A
“Dünya bizi qəbul edir və dəstəyini inkar etmir”

Bu son görüşdən nəticə olaraq  başqa xəbərlər gözləyirdik.  Nəzərdən qaçırmamalıyıq ki, diplomatiya qalib gələ bilmək üçün təmkinlə gözləyə bilənlərin və danışığa, kompromisə gedə bilənlərin işidir.

Bu sözləri Azərbaycan Kikboksinq Federasiyasının peşəkarlar üzrə vitse-prezidenti, "Effektiv Cəmiyyət İnstitutu" İctimai Birliyinin rəhbəri Səbuhi Rəcəb bildirib.

"Azərbaycanın 90-ci illərdəki vəziyyəti və  bu günü də açıq-aşkar göz önündədir. Bu gün düşmənin gücü və müdafiəsi bitmiş, pərişan durumdadır. Lavrov kimin yanında əyləşirsə əyləşsin və nəticə dəyişməyəcək. Əsas odur ki, Azərbaycan qüdrətli və düzgün siyasəti olan respublikadır. Artıq dünya bizi qəbul edir və dəstəyini inkar etmir."

S.Rəcəb döyüş şansımızın olduğunu söylədi:

"Qarşı tərəf 300-dən çox itki verib. Lakin bizim  də şəhidlərimiz və yaralılarımız oldu. Düşmən 23 ildir ki, bütün Dağlıq Qarabağ və ətrafını minalıyır. Əgər, danışıq yolu ilə hər hansı uğurlu nəticə olacaqsa, biz səbrlə danışığın olmasını dəstəkləyəcəyik. Hər hansı bir əsgər qardaşımızın şəhid olmamasını istəyirik. Aprelin əvvəli bir millət olaraq göstərdik ki,döyüşə hazırıq. 

Kənardan baxaraq danışmaq asan gəlir. Siyasi liderimizi və ölkə başçımızı bir daha dəstəkləmək və yanında olmaq zamanıdır. Lakin unutmayaq ki,İlham Əliyev məktəb və ya müəssisə yox ölkə idarə edir. Ölkənin hər bir vətəndaşınının adından çıxış edir ki, bu da ona konstitusiya tərəfindən verilmiş haqqıdır.  Konstitusiyamıza görə xalqın adından yalnız xalqın öz seçdiyi rəsmi və səlahiyyətli şəxs çıxış edə bilər: Prezident və millət vəkili. Biz bir daha cənab prezidentimizin yanında olduğumuzu bildiririk. Onun siyasətini dəstəkləyirik. Gec-tez Qarabağ Azərbaycanın olacaq."

Sizin Reklam Yeriniz