Əlaqə Arxiv
news Image
2016.05.24
11:29
| A A A
Xərçəngə tutulan futbolçu əməliyyat olunub

Ötən həftə xərçəng aşkarlanan "Eintracht"ın müdafiəçisi Marko Russ əməliyyat olunub. Movqe.az goal.az-a istinadən xəbər verir ki, komandanın Bundesliqada yerini qoruduğu "Nurnberg" matçından sonra Frankfurt klubunun baş məşqçisi Niko Kovaç bu barədə medianı məlumatlandırıb."Marko əməliyyat edildi. Mənə SMS göndərib hər şeyin yaxşı olduğunu çatdırdı. Əlavə məlumatlar yaxın günlərdə veriləcək. Bundan sonra Russun gələcək müalicəsinin necə aparılacağı müəyyənləşəcək. Markoya tez sağalmağı arzu edir və onu tam dəstəkləyirik".

Sizin Reklam Yeriniz