news Image
2016.06.06
17:10
| A A A
Popoviç: "Mənə dedilər ki, Roman Qriqorçuk səni istəmir"

Xəbər verdiyimiz kimi, "Qəbələ" Azərbaycan yığmasının sabiq qapıçısı Andrey Popoviçdən imtina edib. Movqe.az goal.az-a istinadən  xəbər verir ki, futbolçu bu ayrılığa münasibətini bildirib:


"Bu gün klub rəhbərliyi ilə görüşdüm. Qarşılıqlı razılıq əsasında müqaviləni ləğv etdik. Heç kimdən incik deyiləm. Təbii ki, mövsümü uğurlu keçirmək istərdim. Amma görünür, qismət deyilmiş. Onlara uğurlar arzulayıram.


Mənə dedilər ki, baş məşqçi Roman Qriqorçuk səni istəmir. "Kəpəz"lə məlum oyundan (0:3) sonra əvəzedici heyətə göndərilmişdim. Mövsüm ərzində Qriqorçukla söhbət etməyə çalışdım. Amma o, mənimlə danışmaq istəmədi. Sadəcə, məni istəmədiyini rəhbərliyə söyləyib. Ukraynaya bilet alıb, ailəmlə istirahət etməyə çalışacağam. Başqa təklif yoxdur. Yerli klublardan birinə keçə və ya legioner ola bilərəm. Amma daha çox legioner həyatı yaşamaq istərdim". 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs