news Image
2016.06.08
14:34
| A A A
Velosiped İdmanı Federasiyası mükafatlandırıldı

Milli Olimpiya Komitəsində (MOK) "Olimpiya hərəkatı" kütləvi idman proqramının qaliblərinin mükafatlandırma mərasimi təşkil olunub.Movqe.az goal.az-a istinadən  xəbər verir ki, əvvəlcə MOK-un marketinq departamentinin rəhbəri, proqramın əlaqələndiricisi Mehman Kərimov "Olimpiya hərəkatı" haqqında məlumat verib.MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə proqramın əhəmiyyətini yüksək qiymətləndirib. Proqrama Bakının 330 məktəbindən 52 min şagirdin qatıldığını vurğulayan vitse-prezident iştirakçılara təşəkkürünü bildirib, müəllimlərin əməyini xüsusi vurğulayıb: "Yarışa 4 federasiya cəlb olunmuşdu. Biz futbol istisna olmaqla, uşaqlar arasında ən çox sevilən və oynanılan idman növlərini seçdik. Bunlar atletika, basketbol 3x3, badminton və velosiped idmanıdır. Əgər idmanın digər növlərini seçsəydik, yarışa peşəkar idmançıları cəlb etməli idik. Ancaq idmanın bu dörd növü ilə uşaqlar gün ərzində mütəmadi olaraq məşğul olurlar. Hər dörd federasiyaya göstərdiyi köməyə görə minnətdarlığımı bildirirəm" - deyə Çingiz Hüseynzadə bildirib.Proqramın qaliblərinin MOK-un dostu olduğunu vurğulayan vitse-prezident gələcək illərdə şagirdlər arasından böyük idmanla məşğul olanların, həmçinin Avropa, dünya çempionlarının çıxacağına əminliyini diqqətə çatdırıb. Sonra proqramın həyata keçirilməsində yaxından iştirak edən qurumlar fəxri fərman və təşəkkürnamə ilə təltif edilib. "Olimpiya Hərəkatı" proqramı çərçivəsində keçirilən məktəblilərin Bakı Şəhər birinciliyinin təşkilində səmərəli fəaliyyətinə görə Azərbaycan Velosiped İdmanı Federasiyası da Milli Olimpiya Komitəsi tərəfindən təltif edilib. Mükafatı federasiyanın baş katibi Fərhad Əliyevə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə təqdim edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs