news Image
2016.06.18
14:30
| A A A
Bakıda Formula-1 qəzası - 6 pilot toqquşdu

Bakıda keçirələn Formula-1 yarışında bu gün yenidən qəza baş verib.


Movqe.az goal.az-a istinadən  xəbər verir ki, GP2 seriyası üzrə birinci yarışın ilk döngəsində 6 pilot bir-birilə toqquşub. Toqquşan pilotlar yarışdan kənarlaşıblar.


Qəza səbəbindən yürüşdən kənarlaşdırılan pilotlar bunlardır:


Filo Pas Armand ("Trident")


Marvin Kirkqover ("Karlin")


Pyer Qasli ("Prema Racing")


Serxio Kanamasas ("Karlin")


Aleks Linn (DAMS)


Nikolya Latifi (DAMS)


Xatırladaq ki, GP 2 seriyası üzrə ilk yarış 65 dəqiqə və ya 170 kilometr təşkil edir. Bu seriya üzrə birinci yarışın nəticələrinə əsasən, sürücülər 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal qazanacaqlar.


GP2 seriyası iki yarışdan ibarətdir. GP 2 seriyası üzrə ikinci yarış isə 1 saat çəkəcək və iyunun 19-u bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs